“Soudal-Quick Step” komandasının üzvü Remko Evenepul koronavirus testinin müsbət nəticə verməsinə görə nüfuzlu “Ciro d`İtaliya” yarışını tərk etmək məcburiyyətində qalıb. Dünən belçikalı velosipedçi çoxgünlük yürüşün 9-cu mərhələsində qalib olmuşdu.

Futbolino.az xəbər verir ki, Evenepul yarışda ümumi sıralamanın lideri idi: “Təəssüf ki, veloyürüşü tərk edirəm. Çox üzücü bir vəziyyətdir. Prosedurlara uyğun olaraq, dünən adi qaydada test verdim. Ancaq gözləmədiyim halda cavab müsbət çıxdı. Burada çox vacib təcrübə topladım. Qarşıdakı iki həftəni səbrsizliklə gözləyirdim. Bütün komandaya və işçilərə təşəkkürümü bildirməliyəm. Onlar turnirə hazırlıq üçün çox əziyyət çəkiblər. Qarşıdakı mərhələlərdə komandaya azarkeşlik edəcəyəm”.

Qeyd edək ki, komandanın digər üzvlərinin testləri mənfi nəticə verib.

Shares: