“Hazırda Türkiyədəyəm, 1 saata əməliyyat olunacağam”. Bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin kapitanı Asif Məmmədov deyib.

Misli Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”a 1:2 uduzduqları qarşılaşmanın 19-cu dəqiqəsində zədələnib meydandan çıxan oyunçunun durumu ciddidir. Təcrübəli yarımmüdafiəçi zədənin karyerasına təsir edib-etməyəcəyi ilə bağlı da danışıb: “Əslində, karyeramı başa vurmaq istəmirəm. Amma indi məndən asılı olmayan şeylər var. Bərpa prosesi gec keçsə, yəqin ki, karyeramı bitirərəm. Amma tez sağalsam, oynamaq istəyirəm”.

Kapitan “Turan Tovuz”la oyunda komandasının qolundan sonra ədəbsiz jest edən Felipe Santosla bağlı suala belə cavab verib: “Orda nə etmək istədiyi dəqiq görünmür. Əlini yerə vurmaq istəyir, qola sevinir. Bu cür epizodlara görə cəza verilsə, gərək futbol olmasın”.

Shares: