“Zaqatala” Misli Premyer Liqasında oynamayacaq. Növbəti möcsümdə də 10 komandalı çempionat təşkil ediləcək.

Futbolinfo.az xəbər verir ki, AFFA Lisenziya Komissiyasının 12 kluba elitada iştirak etmək imkanı verən lisenziya təqdim etməsi ehtiyat variantıdır. Belə ki, hansısa klubda problem yaranarsa, sonuncu pilləni tutan komandanı yarışda saxlamağa məcbur olmamaq üçün belə edilib.

Qaydalara görə, Premyer Liqanın sonuncusu yarışı tərk edəcək, onu I Divizionun qalibi əvəz edəcək. İndiki halda “Araz Naxçıvan”ın elitaya yüksələcəyi dəqiqdir. Lakin bu komandayla bağlı problem ortaya çıxacağı halda, onu “Zaqatala” əvəz edəcək. Daha iki komandaya lisenziya verilməsi iştirakçı sayının artırılmasına hesablanmayıb.

Əldə etdiyimiz məlumata görə, “Zaqatala”ya lisenziya verilməməliydi. Hətta klub özü də bunda maraqlı deyilmiş. Lakin AFFA son anda bölgə təmsilçisinin Premyer Liqaya buraxılması zərurəti yaranacağı halda qısa müddətdə yoluna qoyulması mümkün olan kiçik güzəştlər edilməsini lazım bilib.

Shares: