“Barselona” 21-ci əsrdə ilk dəfə çempionluğu Lionel Messisiz qazandı. Dünən “Espanyol” üzərində 4:2 hesablı qələbə ilə İspaniyanın ən gülüsü adına sahib çıxan klub argentinalı olmadan son dəfə bunu 1998/99 mövsümündə bacarmışdı.
Futbolinfo.az xəbər verir ki, əvəzində Robert Levandovskinin seriyası davam etdi. Polşalı ardıcıl 9 mövsümdür çıxış etdiyi klubla ölkə çempionu olur. 8 mövsüm bunu Almaniyada “Bayern”lə bacaran forvard İspaniyadakı debüt ilində də qızıl medalları boynundan asacaq. Levandovski həmçinin Ronaldo Nazariodan sonra debüt mövsümündə “Barselona” üçün 30+ qol vuran ilk oyunçudur.
Bu çempionluq yayda komandadan ayrılmağa qərar verən Serxio Buskets üçün də əlamətdar oldu. İspan yarımmüdafiəçi “Barselona”da 32-ci titulunu qazanıb Andreas İnyestanı ötdü. Lakin 35 dəfə bunu bacaran Lionel Messini ötmək mümkün olmayacaq.