Mingəçevir şəhər Gənclər və İdman İdarəsi və şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində yeniyetmə idmançılar arasında yunan-Roma güləşi üzrə şəhər və rayonlararası turnir keçirilib.
Turnirin açılış mərasimində Ulu Öndərin Azərbaycan üçün xidmətlərindən, gənclərə və idmana göstərdiyi qayğıdan bəhs edildi, bu siyasətin bu gün uğurla davam etdirildiyi xüsusilə vurğulanıb.
Kür OTİM-də baş tutan və 10 komandanın iştirak etdiyi yarışda 160 idmançı mübarzə aparıb. Ümumi komanda hesabında 160 xalla Mingəçevir komandası 1-ci, 130 xalla Şəmkir komandası 2-ci, 105 xalla Göyçay komandası 3-cü yerə layiq görülüb. Qaliblər diplom, medal və kuboklarla mükafatlandırılıb.
BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR