PSJ sürpriz transferə hazırlaşır. Parislilər Lionel Messi və Neymarın yayda mümkün gedişini Bernardo Silva ilə sığortalamaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, Fransa klubu “Mançester Siti”nin futbolçusunu transfer etmək niyyətindədir. Gizli şəkildə aparılan danışıqlardan sonra yarımmüdafiəçinin razılığı alınıb, şəxsi müqavilənin detalları müzakirə edilib. İngiltərədən ayrılmaq istəyən futbolçu üçün klubuna 80 milyon avro təklif ediləcək (Le Parisien).
“Şəhərlilər”lə ikiillik müqaviləsi qalan 28 yaşlı oyunçu daha öncə Fransada oynayıb. O, indiki klubuna 6 il öncə “Monako”dan getmişdi. “Barselona” Silvanı transfer etməyə çalışsa da, ispanların maliyyə problemləri PSJ-nin işinə yarayıb. Parislilər qısa zaman ərzində transferi yekunlaşdırmağı planlaşdırır.
Bu arada Neymar Barselonaya gedib. O, keçmiş klubunun çempionluq bayramına qatılıb.