“Barselona”nın prezidenti Xuan Laporta Bernardo Silvanın mümkün transferi ilə bağlı danışıb. Son günlər PSJ-yə keçəcəyi deyilən yarımmüdafiəçinin İspaniyada oynamaq variantı var imiş.

Futbolinfo.az xəbər vrir ki, Laporta portuqaliyalının “Mançester Siti”yə yollanmamış vaxtlarından danışaraq sualdan yayınıb: “La Liqada vəziyyətimizn necə olacağını bilmirik. Maliyyə tələbləri ilə bağlı problemləri həll etməliyik. Bernardoya gəlincə, onun transferini 2015-ci ildə demək olar, tamamlamışdıq. Meneceri ilə Portuqaliyada görüşmüşdük. O, ən yaxşı oyunçulardan biridir, amma indi “Mançester Siti”yə məxsusdur. Söyləyəcək başqa bir şey yoxdur”.

Xatırladaq ki, “şəhərlilər”dən ayrılmaq istəyən oyunçunun Fransaya qayıdacağı gözlənilir. “Siti”yə “Monako”dan gələn Silvanı bu dəfə 80 milyon avro təklif edən PSJ almaq niyyətindədir.

Shares: