“Mançester Yunayted” David De Xea ilə ortaq məxrəcə gələ bilmir. İspan qapıçı klubun müqavilə müddətini artırmaq üçün etdiyi təklifdən məmnun deyil və müzakirələr dayandırılıb.
Futbolinfo.az xəbər verir ki, maliyyə tərəfi bir yana, 32 yaşlı qapıçının uzunmüddətli anlaşma istəyi də İngiltərə klubunun ürəyincə deyil. Bu səbəbdən ona layiqli əvəzedici axtarışına başlanılıb. De Xea yayda azad agentə çevriləcəyi üçün xələfi müəyyən edilməlidir.
Cordan Pikfordla da təmasda olan “Mançester Yunayted”in digər hədəf Almaniyadadır. “Qırmızı şeytanlar” Dortmund “Borussiya”sının oyunçusu Qreqor Kobeli transfer etmək istəyir. Bundesliqa təmsilçisi isveçrəli üçün 35 milyon avro tələb edir. 26 yaşlı kiperin dortmundlularla müqaviləsi 3 ildən sonra başa çatacaq.