Yunanıstan Super Liqasında 2022/2023 mövsümü başa çatıb.

Futbolinfo.az xəbər verir ki, çempion son turda müəyyənləşib.

Qızıl medallar uğrunda mübarizə AEK və “Panatinaikos” arasında gedib. Birincilər son turda “Volos”u 4:0 hesabı ilə darmadağın edibsə, ikincilər “Aris”lə matçda büdrəyib – 1:1.

Nəticədə AEK çempionluğu bayram edib. Bu, Afina təmsilçisinin 13-cü çempionluğudur. Yunanıstanın ən titullu komandası isə “Olimpiakos”dur. Piyer təmsilçisi 47 dəfə ölkə çempionu olub.

Shares: