“Liverpil”un baş məşqçisi Yürgen Klopp Kodi Qakpodan məmnundur. Alman mütəxəssis qışda PSV-dən transfer olunan futbolçunun İngiltərə Premyer Liqasına tez uyğunlaşdığını və əla səviyyəyə malik olduğunu deyir.

Futbolinfo.az xəbər verir ki, Klopp Niderland millisinin üzvünü tərifləyib: “İndi anlayıram ki, super futbol zəkası olan biri lə müqavilə bağlamışıq. Etmadımı doğruldur və gözlədiyimdən daha yaxşıdır. Qakponun 24 yaşında olduğunu hiss etməzsiz. Daha təcrübəli biri kimi görünür”.

Klopp Kodinin PSV-də təsadüfən kapitan olmadığını düşünür: “O yaşda Eyndhoven klubunun kapitanı olması özəl bir şeydir. Onunla tanış olduqdan, bir yerdə işlədikdən sonra bunun təsadüf olmadığını gördüm. Sanki futbolla qidalanır”.

Shares: