“Biz bu uğursuzluq zolağından çıxmağa çalışırıq. Üzərimizdə daha çox işləyirik”. Bunu futbolinfo.az saytına açıqlamasında “Neftçi”nin hücumçusu Mateus Saldanya deyib.

Braziliyalı futbolçu paytaxt klubunun son matçlarda məğlub olmasından danışıb: “Komandamız üçün hər matç vacibdir. Çempionatda tutduğumuz yerdən, rəqibdən asılı olmayaraq, hər qarşılaşma vacibdir. Çox çalışmalıyıq, oyunlardan qələbə ilə ayrılmalıyıq”.

24 yaşlı forvard məğlubiyyətləri qəbul etməyin çətin olduğunu bildirib: “Hər məğlubiyyəti qəbul etmək çətindir. Qarşıda bizim oyunlarımız var. Ölkə kubokunun finalına yüksək-əhval ruhiyyədə yollanmaq lazımdır. Bunun üçün matçlardan qələbə ilə ayrılmalıyıq”.

Saldanya Misli Premyer Liqasının 33-cü turunda “Turan Tovuza”a 0:4 hesablı məğlubiyyəti də şərh edib: “Həmin matç çox pis idi. Nəticəni qəbullanmaq çətindir. Daha güclü olmalıyıq, özümüzə gəlməliyik”.

Shares: