Pau Torres “Vilyarreal”ın yeni müqavilə təklifini rədd edib. Mərkəz müdafiəçisi İspaniya klubunda qalmaq istəmir.
Futbolinfo.az xəbər verir ki, “Vilyarreal” yetirməsi olan 26 yaşlı oyunçu gələn yay başa çatacaq müqaviləsini uzatmamaqla klubun onu satmasına nail olmaq istəyir. Gələn mövsümün sonunda futbolçunu azad agent kimi itirmək istəməyən “sarı sualtı qayıq” bu yay qərar verməyə məcburdur.
50 milyon avro dəyəri olan Torreslə bir sıra İtaliya və İspaniya klubları maraqlanır.