“Kardiff Siti” Emiliano Salanın ölümünün ardından “Nant”a 110 milyon avroluq təzminat davası açıb. Uelslilər Fransa klubunun bu faciəyə görə günahkar olduğunu düşünür.

Futbolinfo.az “Ekip”ə istinadla xəbər verir ki, 2019-cu ilin qışında hücumçu 17 milyon funt-sterlinqə “Nant”a transfer olunmuş, amma yeni klubuna qoşulmağa gedərkən təyyarə qəzasında həlak olmuşdu. Fransızlar futbolçuya qovuşmadıqlarından transfer haqqıı ödəməmişdi.

İndi “Kardiff Siti” rəhbərliyi qəzaya görə qarşı tərəfi günahlandırır. Çünki futbolçunu aparan təyyarəni “Nant” icarəyə götürmüşdü. Pilotun gecə uçuşu icazəsi olmamasının nəzərə alınmamasına görə uelslilər “Nant”ı günahlandırır və fransızlardan təzminat tələb edir.

Shares: