Marsel “Olimpik”i heyətini lionlu adaşının hesabına gücləndirmək istəyir. Klub bu yay Mussa Dembeleni heyətinə qatmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı Mali əsili fransalının mövsümün sonunda Lion təmsilçisi ilə müqaviləsi bitir. O, azad agent kimi istənilən klubu seçə bilər. Futbolçunun Fransada qalmaq istəməməsi marsellilər üçün problemdir.

Dembele ilə Randal Kolo Muanini satmaq istəyən “Ayntraxt” da maraqlanır. Almanlar hücumçusunu çoxsaylı müştərilərindən birinə satıb onun həmyerlisini heyətinə qatmaq niyyətindədir. Amma “Napoli”nin təklifi daha cəlbedicidir. İtaliya çempionu da Mussaya getmək istəyən Viktor Osimhenin əvəzləyicisi gözü lə baxır.

Shares: