“İnter” tarixi ərzində 6-cı dəfə Çempionlar Liqasının (əvvəlki adı Çempionlar Kuboku)  finalına vəsiqə əldə etdi. Bu, 2009/10 mövsümündə Joze Mourinyonun başçılığı ilə reallaşan uğurdan sonra ilk belə haldır.

Futbolinfo.az xəbər verir ki, Simone İnzaqi də tarixə düşməyi bacardı. O, vətəninin komandası ilə ÇL finalı görən 6-cı mütəxəssis oldu. Onadək Fabio Kapello “Milan”la 3, Karlo Ançelotti 2 dəfə həlledici görüşə vəsiqə qazanmışdı. “Yuventus”la Marçello Lippi 4, Maksimiliano Alleqri 2 dəfə final görüb. “İnter” yerli mütəxəssislə belə uğura ikinci dəfə imza atdı. İlk dəfə 1972-ci ildə Covanni İnvernizzi bunu bacarmışdı.

“İnter” cari mövsümdə oynadığı 6 pley-off matçında məğlubiyyət görmədi və 5 dəfə qapısını toxunulmaz saxladı.

Xatırladaq ki, “İnter” “Milan”la yarımfinaldakı hər iki derbidə qalib gəldi. Nominal qonaq kimi 2:0-a, dünənki ev matçında 1:0-a sevinən “neradzurra” finaldakı rəqibini bu gün tanıyacaq. “Mançester Siti” ilə “Real”ın Madriddəki dueli 1:1 hesabıyla bitib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp