Avrokubokda zəngin təcrübəsi olan “Milan” dünən yarımfinalda uduzsa da, İtaliyanın qitə turnirlərində ən titullu komandası olmağa davam edir. “Rossonyerlər” adətən bu yarışda uğurlu çıxış edərkən finala qədər irəliləyir.

Futbolinfo.az xəbər verir ki, dünən Çempionlar Liqasının yarımfinalında uduzan komanda 3-cü dəfə bu aqibətlə üzləşdi. Bu mərhələdə dayanmağı sevməyən “Milan”ı həmişə gələcək çempionlar dayandırıb. 1995/96 mövsümündə “Real”, 2005/06-da “Barselona” italiyalıları finala buraxmamış, sonda kuboku başı üzərinə qaldırmışdı.

Bu statistikaya inansaq, ÇL-in builki qalibi “İnter” olmalıdır. Baxmayaraq ki, “neradzurra” finalda “Mançester Siti” – “Real” cütünün qalibi ilə üz-üzə gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp