Heyətini məşhur ulduzlarla yox, gənc istedadlarla gücləndirmək yolu seçən “Nyukasl yeni transferə hazırlaşır. İngiltərə klubu hazırda Çempionlar Liqasına vəsiqə üçün yarışır və istəyinə çatdıqdan sonra heyəti gücləndirməyin qayğısına qalacaq.

Futbolinfo.az xəbər verir ki, “sağağanlar”ın əsas hədəfi Macarıstan millisinin üzvü Dominik Soboslaidir. 2021-ci iln yanvarından “Leypsiq”in formasını geyən 22 yaşlı yarımmüdafiəçi üçün Bundesliqa təmsilçisinə rəsmi təklif göndərilib.

Futbolçunun bir neçə müştərisi var və transfer dəyəri 40 milyon avro olaraq qiymətləndirilir. Amma “Leypsiq” 2026-cı ilin yayınadək müqaviləsi olan futbolçunu satmaq istəmir. “Nyukasl” yalnız oyunçunun müqaviləsində olan sərbəstqalma bəndndən istifadə edə bilər. Amma həmn məbləğ 70 milyon avrodur və “Nyukasl” almanların güzəştə getməsinə ümid edir.

Futbolçu bu mövsüm 43 matça çıxıb, 8 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb. Transferin rəsmiləşməsinə yalnız Soboslainin özünün getmək israrı yarım edə bilər. Dominik rəhbərlikdən satılmasını tələb edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp