Bu həftəsonu Formula 1-in 6-cı mərhələsi keçiriləcək. Bu dəfə sürət həvəskarlarının diqqəti İtaliyaya yönəlib. Son illərdə Apennin yarımadasında keçirilən mərhələlərində havayla bağlı kifayət qədər sürprizlər olub. Görünən odur ki, bu dəfə də hava şəraiti təqvimə müdaxilə edəcək.

Artıq Emiliya-Romanyada hava təhlükəsinin qırmızı dərəcəsi elan edilib. Bunun da səbəbi leysan yağışlardır. Bəzi mənbələrin məlumatına görə, paddoku da artıq yığışdırıblar. Belə xəbəri yayanlardan biri “Canal+” müxbiri Jülyen Fibrodur.

Qeyd edək ki, leysan yağışlarına görə yaxınlıqdan axan Santerno çayı təhlükə yaradır.

0aa03390 01f0 47ea 9c7a 9640dcf0df03 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp