Türkiyənin “Fənərbaxça” komandası mövsümün həlledici dövründə daha bir aparıcı futbolçunun xidmətindən məhrum olub.

Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin nigeriyalı yarımmüdafiəçi Brayt Osayi Samuel sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son məşqlərin birində sol baldırından zədə alan 25 yaşlı vingerin azı 2 həftə komandaya kömək edə bilməyəcəyi diqqətə çatdırılıb.

Osayi Samuel komandasının Super Liqada “Trabzonspor”la, Türkiyə kubokunda isə “Sivasspor”la oyunlarını buraxmalı olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp