“Malyorka” bu ilin əvvəlində “Vilyarreal”dan icarəyə götürdüyü Manu Morlanesin transfer hüquqlarını da alıb.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı futbolçunun birdəfəlik transferi üçün “Vilyarreal”a 4 milyon avro ödənilib.

İspan futbolçunun “Malyorka” ilə müqaviləsinin müddəti açıqlanmır.

Yarımmüdafiəçi indiki komandasında 9 oyuna çıxıb və 1 qol vurub. O, daha öncə “Almeriya” və “Espanyol”da da forma geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp