“İnter”in prezidenti Stiven Çan baş məşqçi Simone İnzaqidən razıdır. 2018-ci ildən kluba rəhbərlik edən çinli funksioner italiyalı mütəxəssislə işləməkdən məmnundur.

Futbolinfo.az xəbər verir ki, “Milan” üzərində qələbələrlə Çempionlar Liqasının finalına vəsiqə qazanan klubun rəhbəri uğurda Simeonenin böyük rolunu qabardıb: “Bugünədək çox məşqçi ilə işləmişəm. İnzaqi xüsusi biridir. O, hər zaman, bütün situasiyalarda çox sakt, çox soyuqqanlıdır. Simonenin əsas müsbət keyfiyyəti də məhz budur”.

Prezident İnzaqinin ondan çoxlu transfer istəmədiyini də bildirib: “İxtiyarında olan futbolçularla kifayətlənir. İnzaqi yeganə məşqçidir ki, indiyədək məndən hansısa futbolçunun transfer edilməsini, alınmasını istəməyib”.

Xatıladaq ki, çinli iş adamı bu vəzifədə 2018-ci ildə indoneziyalı Erik Tohiri əvəzləyib. O, “İnter”in 21-ci prezidentidir. Çan “İnter”in əsas səhimdarı “Suning Holdings Group”un sahibi Çjan Tszindunun oğludur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp