Matey Alemani “Barselona”da qalmaq qərarı verib. İspan nəhənginin 60 yaşlı idman direktoru “Aston Villa”dan aldığı təklifi dəyərləndirmək istəsə də, son anda fikrini dəyişib.

Futbolinfo.az xəbər verir ki, Alemani İngiltərə klubunun baş məşqçisi Unay Emerinn istəyi ilə Birmingemə dəvət olunmuşdu. O, yeni layihəni bəyənmiş və getməyə qərar vermişdi. Alemani hətta “Barselona” rəhbərliyinə yay transferlərində maaş almadan yardım edəcəyini vəd etmiş, gələn mövsümün sonunda bitəcək anlaşmasını qarşılıqlı razılıqla pozmağa razılaşmışdı.

İspanlar dərhal Alemaninin gedişinin anonsunu vermiş və sabiq futbolçuları Dekunu kluba dəvət etmişdi. Portuqaliyalı son matçlarda komandanın oyunlarını stadiondan canlı izləmişdi.

Lakin Mateyin qalmaq qərarı Dekunun gəlməsinə əngəl olmayacaq. “Barselona” onların duet halında işləməsini məsləhət bilib. Necə ki, indiyədək bunu Xordi Kroyff edirdi. Portuqaliyalı məhz mərhum Yohann Kroyffun istefa verən oğlunu əvəz edəcək (Athletic).

Səbəb açıqlanmasa da, klub Kroyffun mövsümün sonunda klubdan ayrılacağını rəsmən açıqlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp