“Real” “Xetafe” ilə ev oyununda (1:0) etdiyi səhvə görə texniki məğlubiyyət ala bilər. Qonaq komandanın şikayəti üzrə araşdırma aparan İspaniya Futbol Federasiyası tezliklə qərar verəcək.

Futbolinfo.az xəbər verir ki, “Xetafe” matçın sonunda “Real”ın etdiyi oyunçu dəyişikliyində qaydaların pozulduğunu iddia edir. Xatırlayırsızsa, Alvaro Odriasola Marko Asensionu əvəz etmiş, lakin həmin anda Eduardo Kamavinqanın zədələnməsi vəziyyəti qarışdırmışdı. Baş məşqçi Karlo Ançelotti Asensionu meydanda saxlamış, Odriasola Kamavinqanın əvəzinə oyuna girmişdi.

İndi federasiya bu durumla bağlı qərar verməlidir. Odriasola meydana daxil olduqda əvəzləmə prosesi bitmiş sayılır. Həmin anda Eduardo kənarda olsa da, Asensio meydandan çıxmışdı. Markonun Kamavinqanın oynaya bilməyəcəyini gördükdən sonra qaytarılması “Xetafe”ni narazı salıb.

Burada “Real”ı xilas edə biləcək yeganə məqam Asensionun meydana qayıdanadək hakimin fitini səsləndirməməsi, matçı bərpa etməməsidir. Lakin qərar qaydalara uyğun veriləcək, bunu isə federasiya araşdırmalıdır.

“Real” texniki məğlubiyyət alsa, 3-cü pilləyə düşəcək, “Xetafe” isə qələbə sayəsində autsayderlər qrupundan bir qədər uzaqlaşacaq.

16843212781654 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp