“Atletiko” Rafael Gerreyronu heyətinə qatmaq istəyir. Madridlilər Dortmund “Borussiya”sının sol cinah müdafiəçisi üçün 20 milyon avrodan keçməyə hazırdır.

Futbolinfo.az xəbər verir ki, Almaniya klubunun əsas heyətində yerini itirən 29 yaşlı portuqaliyalıya İtaliyadan da müştərilər var. Amma yalnız ispanlar “Borussiya”nı razı sala niləcək təklifi göndərib.

Əslndə, 2016-cı ildə “Loryan”dan 12 milyon avroya alınmış futbolçunun müqaviləsi bu mövsümün sonunda başa çatır. Amma anlaşmada belə bənd var ki, klub istəsə, onu birtərəfli şəkildə daha bir il uzada bilər. “Atletiko” da məhz bu üzdən futbolçu üçün konkret məbləğ təklif edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp