İngiltərə futbolunda şok cəza rəsmiləşib. Aylardı dolaşan xəbərlər nəhayət, təsdiqlənib.
Futbolinfo.az xəbər verir ki, “Brentford”un hücumçusu İvan Toni mərc oyunlarında iştirak etdiyi üçün 8 ay futboldan və futbolla bağlı bütün turnirlərdən uzaqlaşdırılıb. Həmçinin oyunçuya 50 min avro pul cəzası kəsilib.
Futbolçunun mərc oyunlarında iştirak etdiyi hələ ötən ilin sonunda təsdiqlənmişdi. 262 dəfə qadağanı pozması müəyyən edilən oyunçuya özünü müdafiə etmək üçün verilən vaxtda heç nə dəyişmədi. Futbolçu səhvlərini etiraf etməklə kifayətləndi.
Qaydalara görə, peşəkar futbolçuların belə fəaliyyəti ola bilməz, əks halda ən ağır cəzalar qaçılmazdır. İvanın mərc etdiyi oyunlar arasında çıxış etdiyi “Brentford”n da matçları var. Bu üzdən onun nəticələrə birbaşa təsir etmək imkanı olub.