“Liverpul” mövsümün sonunda 4 futbolçu ilə yollarını ayıracaq. İngiltərə klubu Roberto Firminyo, Nəbi Keyta, Ceyms Milner və Aleks-Oksleyd Çemberlenlə bitən müqavilələrin yenilənməyəcəyi rəsmən açıqlanıb.

Premyer Liqa təmsilçisi oyunçuların hər birinə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Xatırladaq ki, Milnerin “Brayton”a keçəcəyi, Keytanın Almaniyaya qayıdacağı bəllidir. Firminyonun bir neçə müştərisi var, Çemberlenin hara gedəcəyi isə bilinmir.

Shares: