Misli Premyer Liqasının cari mövsümündə son 2 tur ərəfəsində 3 komandanın I Diviziona yuvarlanması təhlükəsi qalır. “Sumqayıt” digərləri ilə müqayisədə daha yaxşı durumdadır, “Səbail”lə “Şamaxı” isə sonadək rahatlaşa bilməyəcək.

Autsayderlərin növbəti turlardakı təqvimi belədir:

SUMQAYIT – 28 xal

Qarabağ (səfər)

Zirə (ev)

———-

SƏBAİL – 25 xal

Turan Tovuz (səfər)

Şamaxı (ev)

———-

ŞAMAXI – 24 xal

Qəbələ (ev)

Səbail (səfər)

Qeyd edək ki, Premyer Liqada son pillənin sahibi 35-ci turda yalnız bir halda bəlli ola bilər. “Şamaxı” uduzsa, “Səbail” Tovuzdan qələbəylə dönsə, “Sumqayıt”ın hansı nəticəyə imza atmasından asılı olmayaraq, şamaxılılar Diviziona yuvarlanacaq.

Shares: