Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” klubundan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Almaniyanın 3-cü Bundesliqasında mübarizə aparan klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Ersgebirge”nin bu gün 37-ci tur çərçivəsində “İnqolştadt”a qarşı keçirdiyi ev oyunundan öncə Nazarovla vida mərasimi təşkil olunub. Klub rəhbərliyi ona xüsusi xatirə hədiyyəsi təqdim edib. 33 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Nazarov 2016-cı ilin yayından oynadığı “Ersgebirge”də 218 oyuna çıxıb, 48 qol vurub, 21 asistə imza atıb. O, daha öncə “Karlsrue” və “Proyssen Münster”də də forma geyinib. Yarımmüdafiəçi Azərbaycan yığmasında da 45 oyuna 7 qol vurub.

Shares: