Futbol üzrə Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Axmat”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Start heyətdə meydana çıxan Quliyev fasilədə əvəzlənib. Sadıqov isə 73-cü dəqiqədə meydana buraxılıb.
“Ximki” 28 turdan sonra 18 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.