Gəncədə savat döyüş növü üzrə Heydər Əliyev kuboku keçirilib. Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan yarışda bir çox şəhər və rayondan olan idmançılar iştirak ediblər.
Rəsmi hissədə fransız boksu kimi də tanınan bu idman növünün ölkəmizdə yeni olduğu, buna görə də belə yarışların keçirilməsinin bölgələrdə savat döyüş növünə narağın artmasına şərait yaradacağı vurğulanıb. Eyni zamanda qeyd olunub ki, savad üzrə Özbəkistanda keçirilən son beynəlxalq yarışda idmançılarımızın yaxşı nəticələr göstərməsi bu idman növünün Azərbaycanda artıq inkişaf etdiyindən xəbər verir.
Açılışdan sonra döyüşlərə start verilib. Heydər Əliyev kubokun uğrunda 20-dən çox şəhər və rayondan 100-dən çox idmançı mübarizə aparıb. Yarışlar uşaq, yeniyetmə, gənc və böyüklər arasında keçirilib.Yarış savad döyüşünün həm regionlarda kütləviləşdirilməsi və tanınması, həm də milli komandaya seçim baxımından böyük əməmiyyət daşıyıb.
Yarışın sonunda fəxri yer tutan döyüşçülər diplom və medal, qalib komandalar isə kubokla təltif ediliblər.
BƏHRUZ MUSAYEV, GƏNCƏ