“Valensiya” – “Real” oyununda başverənlər ətrafında müzakirələr davam edir. “Mestalya”da madridlilərin hücumçusu Vinisius Juniorun irqçi şüarlarla təhqir edilməsi gündəmin əsas mövzusudur.
Futbolinfo.az xəbər verir ki, La Liqanın prezidenti Xavyer Tebas braziliyalı cinah oyuçusunun təhqir edilməsi, daha sonra hakim tərəfindən meydandan qovulmasına münasibət bildirib. O, birbaşa Vinisiusa müraciət edib: “La Liqada irqçilik hallarında nələr etmək lazım olduğunu və sənə bunu izah etməməli olduğumuz halda, sizə açıqlamağa çalışdıq, lakin siz özünüzün tələb etdiyiniz iki görüşə də gəlmədiniz. Vinisius, La Liqanı tənqid və təhqir etməzdən əvvəl özünüzü məlumatlandırmalısınız. Manipulyasiya edilməyinizə icazə verməyin və tərəflər olaraq bir-birinizin şikayətlərini anlayın, birlikdə gördüyünüz işi dərk edin”.
“Real”ın üzvünün sosial şəbəkədə cavabı gecikməyib: “La Liqa prezidenti irqçiliyi tənqid etmək əvəzinə yenə də mənə hücum etmək üçün sosial mediada ortaya çıxdı. Nə qədər danışsanız da, məhəl qoymasanız da, çempionatınızın imici böyük zərbə görür. Paylaşımlarınıza gələn cavablara baxın və təəccüb edin. Özünüzü kənara qoymaq sizi sadəcə, irqçilərlə bərabər edir. Mən sizin irqçilik barədə məsləhət verəcəyiniz dostunuz deyiləm. Mən addım atılmağını və cəzalar verilməsini görmək istəyirəm! Etdiyiniz haştaqlar mənə təsir etmir”.