Sabah Naxçıvanda futbol üzrə I Divizionun qaliblərinin mükafatlandırma mərasimi keçiriliəcək. Premyer Liqada iştirak etmək üçün lisenziya alan iki klubun muxtar respublikadakı qarşılaşmasından sonra “Araz-Naxçıvan” medallarına qovuşacaq.
Futbolinfo.az xəbər verir ki, “Zaqatala” ilə matçı izləmək, daha sonra medalları təqdim etmək üçün AFFA rəhbərliyi böyük heyətlə Naxçıvana gedir. İndiyədək Divizionun qaliblərinə mükafatlar Peşəkar Futbol Liqasının müxtəlif rəsmiləri səviyyəsində təqdim olunurdusa, bu dəfə həmyerlilərini təbrik etməyə AFFA prezidenti Rövnəq Abdullayev özü də gedir.
Səfər yalnız mükafatlandırma mərasimi ilə bağlı deyil. Klubun maliyyələşdirilməsinin təmin edilməsi üçün bir sıra görüşlərin keçirilməsi də planlaşdırılır. Təfərrüatlar sabah bəlli olacaq.