Luçano Spaletti “Napoli”dən ayrılmağa qərarlıdır. Komandanı İtaliya çempionu edən baş məşqçi bu barədə növbəti dəfə dünən danışıb.
Futbolinfo.az xəbər verir ki, neapolluların “İnter” üzərində 2:1 hesablı qələbə qazandığı matçdan sonra təcrübəli mütəxəssis xəbəri təsdiqləyib: “Qərar verilib, indi bunu açıqlayacağımız zamanı gözləyirik. Müzakirəyə ehtiyac yoxdur”.
Spalettinin getmək istəməsinn səbəbi klub rəhbərliyi ilə aralarında yaranan problemdir. O, heyətin daha da gücləndirilməsini istəyir, “Napoli” rəsmiləri ciddi dəyişikliklərin əleyhinədir.