Azərbaycan Premyer Liqasında çempionluğu təmin edən “Qarabağ” növbəti mövsüm Çempionlar Liqasında qrupa düşməyi hədəfləyir. Ağdam təmsilçisi bunun üçün yay fasiləsində hər xətt üçün ən azı bir transfer reallaşdırmağı planlaşdırır.

Futbolinfo.az saytının məlumatına görə, klub rəhbərliyi vaxt itirmədən baş məşqçi Qurban Qurbanovun transfer siyahısındakı oyunçularla danışıqlara başlayıb. Eyni zamanda menecerlər tərəfindən kluba təklif edilən oyunçular da var.

Mövsümlərarası fasilədə “Qarabağ” əsasən Portuqaliya transfer bazarında fəallıq göstərəcək. Gündəmdə olan oyunçulardan üçü məhz adıçəkilən ölkədə çıxış edir. Müdafiənin mərkəzi üçün nəzərdən keçirilən futbolçu Kennedi Boatenqdir. Toqo millisinin 27 yaşlı oyunçusu 2021-ci ildən “Santa Klara”nın formasını geyinir.

Kennedy Boateng CD Santa Clara unveil - Futbolinfo.az

Boatenqdən fərqli olaraq, “Qarabağ”ın transfer hədəfindəki digər oyunçu Rafael Barbosa Portuqaliyanın ikinci liqasında mübarizə aparır. 27 yaşlı vinger “Tondela”nın şərəfini qoruyur.

- Futbolinfo.az

Yayda Azərbaycana köçmə ehtimalı olan hücumçu Conder Kadis isə Portuqaliyanın yüksək liqa təmsilçisi “Famalikao”nun uğurları üçün çalışır. 28 yaşlı venesuelalı mərkəz hücumçusu bu komandaya ötən il “Benfika”dan keçib.

1024 - Futbolinfo.az

“Qarabağ”ın maraqlandığı daha bir oyunçu isə Rusiya Premyer Liqasında çıxış edən “Krasnodar”ın üzvüdür. Söhbət sağ cinah müdafiəçisi Sergey Volkovdan gedir. 21 yaşlı oyunçu Rusiyanın U-21 millisində çıxış edir.

sergey volkov krasnodar 1662931205 92139 1 - Futbolinfo.az

Adıçəkilən 4 oyunçunun hər birinin klubu ilə müqavilə müddəti iyunun sonuna qədərdir. Yəni “Qarabağ” bu futbolçuları yayda azad agent kimi heyətinə cəlb edə bilər.

Shares: