“Sumqayıt”la bağlı suallara son qoyuldu. Samir Abasovun yetirmələri növbəti mövsümdə də Premyer Liqada olacaq.
Futbolinfo.az xəbər verir ki, bu suala Misli Premyer Liqasının az öncə yekunlaşan 35-ci turundan sonra aydınlıq gəlib. Onsuz da I Diviziona düşmək ehtimalı az olan “kimyaçılar” səfərdə “Qarabağ”ı yenməklə (2:1) istəyinə çatıb. Ağdamlıların meydana zəif heyətlə çıxmasından maksimum yararlanan “Sumqayıt” həm də 7-ci pilləyə yüksəlib.
Qeyd edək ki, “Sumqayıt” hətta uduzsaydı da Premyer Liqada qalacaqdı. Çünki komandanın əsas rəqibləri olan “Səbail”lə “Şamaxı” da turu qələbəsiz başa vurdu.