“Turan Tovuz” daha iki futbolçusu lə yeni müqavilə bağlamaq qərarına gəlib. Quliyevlər – Sadiq və Tərlan qarşıdakı mövsümü də komandada keçirəcək.

Futbolinfo.az xəbər verir ki, ötən yay Qərb təmsilçisinə cəlb edilən müdafiəçilər əsas heyətin daimi üzvü olmasalar da, komandaya faydaları dəyib. Məhz bu üzdən klub debüt mövsümü üçün yaxşı nəticə sayılan 6-cı yerin əldə edilməsində xidməti olan oyunçuları saxlamaq qərarı verib. Hər iki oyunçu ilə danışıqlar yekunlaşıb, tezliklə rəsmi müqavilə bağlanacaq.

“Turan Tovuz”un daha bir neçə futbolçu ilə razılıq əldə etdiyini daha öncə xəbər vermişdik. Heyətdə saxlanılan futbolçularla şlər tamamlanandan sonra “Turan Tovuz” yeni transferlərlə bağlı işə başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp