“Nyukasl” Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib. Dünən İngiltərə Premyer Liqasının 37-ci turunda “Lester”lə qolsuz heç-heçə edən komanda 70 xalla 3-cü pillədə qərarlaşıb.

Futbolinfo.az xəbər verir ki, Eddi Xaunun komandası mövsümün başa çatmasına 1 tur qalmış 5-ci pillədə olan “Liverpul”u 4 xal qabaqlayır. Bu isə o deməkdir ki, “Nyukasl” Çempionlar Liqasına vəsiqə verən ilk “4-lük”dəki yerini təmin edib.

“Nyukasl” sonuncu dəfə Çempionlar Liqasında 2002-2003 mövsümündə iştirak edib. Avrokuboklarda son çıxışın üstündən də xeyli keçib. “Sağsağanlar” axırıncı dəfə qitə kuboklarına 2012-2013 mövsümündə qatılıb. Komanda o zaman Avropa Liqasında çıxış edirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp