Qalmaqallı “Valensiya” – “Real” matçında VAR-da əyləşən hakimlər cəzalandırılıb. Onlar səhv qərarları üzündən bir daha hakimlik etməyəcək.

Futbolinfo.az xəbər verir ki, madridlilərin hücumçusu Vinisius Juniorun azarkeşlər tərəfindən təhqir edildiyi, daha sonra hakimlər tərəfindən meydandan qovulduğu matçın araşdırılması zamanı belə qərar verilib. VAR hakimi İqnasio İqlesias və 5 yardımçısı səhv qərarları üzündən diskvalifikasiya edilib.

Səbəb onların Juniorun rəqibi Huqo Duronu vurduğunu göstərməsi və qırmızı vərəqə verilməsini istəməsidir. Ancaq Vinisiusun rəqibi yerə sərməsindən əvvəlki epizod – Duronun onu boğmağa çalışdığı anlar baş hakimə göstərilməyib, nəticədə səhv qərar verilib. Bu yanlışlardan sonra qalmaqal böyüyüb, azarkeşlərlə problem yaranıb.

Bir səhvə görə hakimlərin diskvalifikasiya edilməsi ağır qərar kimi görünə bilər. Lakin onların bunu qəsdən etdiyi, Vinisiusa qarşı rqçi davranışın onlar tərəfindən dəstəkləndiyi düşüncəsi ilə belə addım atılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp