Ramil Şeydayevin “Qarabağ”dan ayrılacağı dəqiqləşdi. Bir neçə gün öncə verdiyimiz xəbərin tam doğru olduğu aydınlaşdı. Millimizin hücumçusu məhz Asiya ölkəsinə yollanır. Həm də illik 1 milyon dollar maaşa!

Futbolinfo.az xəbər verir ki, Şeydayev artıq 2 illik müqavilə bağlayıb. Tərəflər ilkin anlaşmaya imza atıblar.

Futbolçuların son klubu ilə müqaviləsinin müddətinin bitməsinə 6 ay qalmış başqası ilə danışmaq və ilkin müqavilə bağlamaq hüququ var. Şeydayev də bu fürsətdən istifadə edib. Ramil mövsüm yekunlaşan kimi anlaşmasını rəsmiləşdirəcək.

Lakin millimizin üzvünün getdiyi ərəb ölkələrinin təmsilçiləri deyil. Şeydayev Taylandın son çempionu “Buriram Yunayted”lə anlaşıb.

Son mövsümüm “Banqkok Yunayted”in 10 xal önündə bitirən bu klub 1970-ci ildə yaradılıb. Masatada İşiinin baş məşqçi olduğu komanda oyunlarını 32 600 tamaşaçı tutumu olan “New I-Mobile Stadyum”da keçirir. Əsasən yerli futbolçulardan qurulan komandanın heyətində Venesuela, Portuqaliya, Yaponiya və Braziliyadan (2) legionerlər var.

Buriram United FC - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp