MBA-da bu gecə finalçılardan biri məlum olub. Ardıcıl 4-cü oyunda da qələbə qazanan (113:111) “Denver Naggets” tarixində ilk dəfə titulun bir addımlığına yaxınlaşıb.

Los-Ancelesdə keçirilən 3-cü oyunda qalib gəlməklə denverlilər cütün taleyini demək olar ki, həll etmişdilər. Lakin seriyanın 4 oyunla bitəcəyi ehtimalı az olduğundan çoxları bu dəfə “Leykers”in qələbəsini gözləyirdi.

Oyunun ilk hissəsi də bundan xəbər verib. Meydan sahibləri böyük fasiləyə 15 xallıq üstünlüklə yollanıb. Lebron Ceyms isə bu müddət ərzində 31 xal toplayıb. Bu onun karyerası ərzində play-off seriyasında bir hissədə ən yüksək göstəricidir. Lakin 3-cü period Kaliforniya təmsilçisi üçün faciəvi alınıb. İlk iki periodda 75 xal toplayan “Leykers”  üçüncü 12 dəqiqə ərzində cəmi 16 xal yığıb, son periodda isə nə qədər çalışsalar da, məğlubiyyətdən yaxa qurtara bilməyib. Son saniyədə Lebron Ceymsin atışı dəqiq olmadığına görə oyun uzatmaya getmədən yekunlaşıb.

Qonaqların heyətində serb basketbolçunun yenə də tripl-dabl (30+14+13) etdiyini qeyd etməliyik. Bu mövsümün play-off seriyalarında Nikola 8-ci dəfə belə göstəriciyə imza atıb. Bununla dao , əfsanəvi Vilt Çemberlenin rekordunu yeniləyib. 40 xal toplayan Lebron Ceymsi tripl-dabldan cəmi 1 assist ayırıb. Entoni Devisin aktivində 21 xal və 14 ribaund var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp