Gəncə Futbol Akademiyasında tikinti işləri yekunlaşmaq üzrədir. AFFA-nın dəstəyi ilə inşa olunan futbol ocağında son tamamlama işləri gedir.

Futbolinfo.az xəbər verir ki, ötən il tikintisi başlayan akademiyanın son durumu ilə bağlı “Kəpəz” klubunun mətbuat katibi Azad Mustafayev məlumat verib: “Hazırda akademiyada işlərin son mərhələsidir. Növbəti ay akademiya tam olaraq istifadəyə veriləcək.Hazırda binanın daxilində inventarlaşma prosesi aparılır”.

Bir il ərzində tikintisi yekunlaşan akademiyanın inzibati binası ilə paralel olaraq stadionun ərazisində təbii ot örtüyünə malik iki böyük və bir kiçik ölçülü süni meydan da salınıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp