Misli Premyer Liqasının XXXVI turunun oyun cədvəli açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Misli Premyer Liqası
XXXVI tur

27 may (şənbə)

“Sumqayıt” – “Zirə”  
“Kapital Bank Arena”, 17:30

“Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu, 17:30

“Səbail” – “Şamaxı”
“ASCO Arena”, 20:00

28 may (bazar)

 “Neftçi” – “Sabah”
 “Bakcell Arena”, 17:00

“Qarabağ” – “Turan Tovuz”
“Azersun Arena”, 19:30

Qeyd: Misli Premyer Liqasının 2022/23-cü illər mövsümünün çempionu “Qarabağ”, eləcə də, müvafiq olaraq 2-ci və 3-cü yerlərin sahibləri “Sabah”la “Neftçi” medallarını son turun oyunundan sonra “Azersun Arena”da təşkil olunacaq mükafatlandırma mərasimində alacaqlar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp