Son günlər Lüis Həmiltonun “Ferrari”yə keçəcəyi ilə bağlı xəbərlər dolaşır. İtaliya mətbuatı yeddiqat dünya çempionunun gələn ildən etibarən komandasını dəyişəcəyini yazır. Bəzi mənbələrin məlumatına görə, Con Elkan şəxsən Həmiltonun gəlişində maraqlıdır və onunla təmasdadır. Sözsüz ki, belə şayiələrin olduğu bir vaxtda “Mercedes” komandası tərəfindən cavab gözlənilir.

Almaniyanın “Bild” nəşrinin versiyasına görə, Həmiltonla “Ferrari” arasında heç bir ünsiyyət olmayıb. İtalyanların ona illik 50 milyon ABŞ dolları məvacib təklifi isə yalandan başqa bir şey deyil. Almaniya komandasının rəhbəri Toto Volf ingilis pilotla danışıqların uğurlu alınacağına və əməkdaşlıqlarının davam edəcəyinə əmin olduğunu bəyan edib.

Xatırladaq ki, bir müddət əvvəl İngiltərənin “Daily Mail” nəşri Həmiltonun Karlos Saynsın yerinə gələcəyini yazmışdı. Məlumata görə, komanda Şarl Lekleri heyətdə saxlamaqda israrlıdır. Digər versiyaya görə Şarl Lekler “Mercedes”ə , Lüis Həmilton isə “Ferrari”yə yollanmalıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp