“Zirə”nin hücumçusu Hamidu Keytanın futbolinfo.az saytına müsahibəsi

– Son matçda “Sabah”la qolsuz heç-heçə etdiniz. Matçı necə dəyərləndirirsən?

– Dünən yaxşı oyun oldu. Biz qələbə qazana bilərdik, çünki qol vurmaq imkanlarımız oldu. Lakin məğlubiyyətlə də üzləşə bilərdik, rəqibin gücü bəllidir. Hər şey son oyuna qaldı.

– Bu matçda qalib gəlsəydiniz, 4-cü pilləyə şərik olacaqdınız. Şansın əldən şıxmasına görə çox məyus oldunuz?

– Əlbəttə ki, çox məyus olduq. Əslində, qol vurmaq üçün yaxşı şanslarımız var idi. Fürsətlərimiz çox idi, amma yararlana bilmədik.

– Artıq hər şey sizdən asılı deyil. “Zirə”nin avrokubok şansı “Qəbələ”nin əlindədir…

– Ümid edirəm ki, son turun ssenarisi bizim üçün əlverişli olacaq. 3 xalı qazanmaq üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, “Qəbələ” uduzacaq. Futbolda hər şey mümkündür.

– Sonuncu matçda meydanda olmayacaqsan və bu, komandan üçün çox ciddi itkidir. Düşünürsən ki, yoxluğun komandana problemlər yaradacaq?

– Həqiqətən də bilmirəm ki, son 3-4 oyunda hakimlər niyə mənə bu qədər sarı vərəqə göstərdi. Mən vərəqə görməmək üçün hər şey edirəm. Düşünürəm ki, o vərəqələrə layiq deyildim. Hakimə deyəndə ki, bu fol deyil, o, çox danışdığım üçün “sarı” verir. Başa düşmədiyim şeylər oldu. İstənilən halda, komanda yoldaşlarım yoxluğumu hiss etdirməyəcək.

– Sənə təkliflər olduğu barədə xəbərlər var…

– Hazırda bütün diqqətim “Zirə”dədir və transferlə bağlı düşünmürəm. Burada 4-cü yeri tutmaq barədə fikirləşirik.

– Avrokuboklara gedə bilməsəniz, mövsümü uğursuz saymaq olar?

– Bəli, biz çox məyus olacağıq. Çünki normal düşünsək, avrokubok zonasında olmalıyıq. Yaxşı komandamız var və çempionatı 4-cü yerdə bitirməyə layiqik.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp