“Zirə”nin hücumçusu Hamidu Keyta cəza üzündən növbəti turu buraxacaq. Dünən “Sabah”la matçda növbəti dəfə sarı vərəqə alan legioner “Sumqayıt”la səfər matçını buraxacaq.

Futbolinfo.az saytına açıqlamasında Keyta narazılığını bildirib: “Həqiqətən də bilmirəm ki, son 3-4 oyunda hakimlər niyə mənə bu qədər sarı vərəqə göstərdi. Mən vərəqə görməmək üçün hər şey edirəm. Düşünürəm ki, o vərəqələrə layiq deyildim. Hakimə deyəndə ki, bu fol deyil, o, çox danışdığım üçün “sarı” verir. Başa düşmədiyim şeylər oldu”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp