PSJ-nin zədəli hücumçusu Neymar yalnız iyulda komanda ilə məşqlərə qoşula biləcək. “Ekip”in yazdığına görə, brazilyalının daha tez dönüşü mümkün deyil.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu yalnız həmin vaxtdan məhdudiyyətsiz məşq edə biləcək. Neymarın özü çarpaz bağ əməliyyatından sonra daha bir neçə mövsüm ən yüksək səviyyədə çıxış edə biləcəyinə inanır.

Neymar 2022/23 mövsümündə PSJ-nin heyətində 29 oyuna çıxıb, 18 qol vurub və 17 qolun ötürməsini verib. Onun yayda klubdan ayrılacağı gözlənilir. Amma zədəli olduğundan müştəriləri risk etməyə tələsmir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp