Yay transfer dönəmində daha bir ukraynalı futbolçu Azərbaycana köçə bilər. “Kremin” klubunun yarımmüdafiəçisi Dmitri Kasımov Premyer Liqa klublarının diqqət mərkəzinə düşüb.
Futbolinfo.az saytının məlumatına görə, 23 yaşlı sağ cinah oyunçusu artıq bir neçə şifahi təklif də alıb. Elita təmsilçiləri “Minay”ın sabiq üzvünü ucuz qiymətə heyətə qatmağı və gələcəkdə onun yerli statusda çıxış etməsini təmin etməyi planlaşdırırlar.
Kasımov özü də Azərbaycan variantına müsbət yanaşır. Futbolçu birinci liqa təmsilçisinə cəmi bir aydır keçməsinə baxmayaraq, liqanın səviyyəsindən razı deyil. O, vaxtilə “Minay”ın formasını geyinmiş Rüstəm Əhmədzadə və Anatoli Nuriyevlə də məsləhətləşib.
Kasımov rəsmi təklif alacağı təqdirdə, 2024-cü ilin yayınadək nəzərdə tutulan müqaviləsinə qarşılıqlı razılıqla xitam verilməsi üçün hətta “Kremin” rəhbərliyinə müraciət də edəcək.
Qeyd edək ki, “Zirka”nın yetirməsi olan Dmitri Kasımov “Minay”la yanaşı, “Obolon”da da çıxış edib.
Kasımov Azərbaycana can atır – ona yerli oyunçu statusu vəd edilib
Shares: