“Everton” yarımmüdafiəçisi Abdulaye Dukurenin müqaviləsinin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
30 yaşlı futbolçu 2024-cü ilin yayına kimi bu komandada oynamağa davam edəcək. Onun əvvəli sözləşməsi bu mövsümün sonuna kimi nəzərdə tutulmuşdu.
Dukure 2020-ci ilin sentyabrından formasını geyindiyi “Everton”da 94 oyuna çıxıb, 9 qol vurub.