İngiltərənin “Nyukasl” komandasında 2022/23 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu ada müdafiəçi Kiran Trippyer layiq görülüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Müdafiəçi cari mövsümdə “Nyukasl”ın heyətində 43 oyunda meydana çıxıb və 3 qol vurub.

Xatırladaq ki, Trippyer 2022-ci ilin əvvəlindən formasını geyindiyi “Nyukasl”da 52 oyuna 3 qol vurub, 10 asist edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp