İngiltərənin “Liverpul” klubu Yorq Şmadtkeni üç ay müddətinə transfer məsləhətçisi təyin edib.

Futbolinfo.az “Wolfsburger Allgemeine Zeitung”a istinadən xəbər verir ki, 59 yaşlı alman mütəxəssis artıq “Liverpul”la müqavilə imzalayıb və mayın 26-da Liverpula gələcək.

Əvvəlcə Şmadtkenin İngiltərə klubunda idman direktoru olacağı planlaşdırılırdı. Lakin o, məsləhətçi ilə eyni səlahiyyətlərə sahib olacaq.

Yay transfer pəncərəsindən sonra “Liverpul” Şmadtke ilə müqaviləni uzadıb-uzatmayacağına qərar verəcək.

Şmadtkenin son iş yeri “Volfsburq” olub. O, həmçinin “Köln”, “Hannover” və “Alemannia” kimi klublarda işləyib.

Shares: